Nazir: "Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur"
Biz bir çox ölkələrdə silah satışı və alışı ilə bağlı müqavilələrimiz var".
BunuCia.az-a açıqlamasında müdafiə-sənayesi naziri Mədət Quliyev deyib.
Nazir bildirib ki, müqavilələrin çoxu məxfi olduğundan bununla bağlı məlumat verə bilmir: "Müdafiə Sənayesi Nazirliyi ilə inkişaf etmiş dövlətlər arasında müqavilələr var. Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq verib. Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.