banner
banner

Dünya

İŞİD-ə qoşulan rus qız

İŞİD-ə qoşulan rus qız

Moskvada yaşayan 20 yaşlı rus qız İŞİD terrorçu qruplaşmasına qoşulub.
Onun barəsində Moskva polisi "terror təşkilatının fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açılıb.
Qızının itkin düşməsi haqqında 37 yaşlı qadın polis bölməsinə müraciət edib. Operativ-axtarış tədbirlərinin gedişatında polis qızın terror təşkilatına qoşulmaq məqsədi ilə evdən çıxıb Suriya ərazisinə getdiyini müəyyən edib. Qızın adı açıqlanmır.
Hazırda müstəntiqlər tərəfindən axtarışa verilən qızın tutulması haqda işlər aparılır.
İŞİD terrorçu qruplaşmasın yalnız qadınlardan ibarət xüsusi dəstəsi fəaliyyət göstərir. "Zora" adlı bu təşkilatın sıralarına artıq minlərlə qadın cəlb edilib. Bu dəstə həmçinin sosial şəbəkə vasitəsi ilə geniş işlər aparır. İŞİD terrorçu qruplaşması yalnız zərif cinsdən ibarət olan bir neçə dəstələri mövcuddur.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.