banner
banner

İdman

Dünya çempionumuz İranda hərbi xidmətə çağırılıb

Dünya çempionumuz İranda hərbi xidmətə çağırılıb

 

 

Sabah bir illik fasilədən sonra Azərbaycanda taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək.

Cia.az-ın əldə etdiyi məlumata görə, aparıcı idmançılarımızdan I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Milad Beiqi və Olimpiya çempionu, dünya və Avropa çempionu Radik İsayev bu birincilikdə iştirak etməyəcək.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib:

 

“Ayxan Tağızadənin dizində zədə olduğu üçün ötən ay əməliyyat olunub. Milad Beiqi hazırda İrandadır. Onun İran qanunvericiliyinə görə, hərbi xidmət məsələsi var. Əslində ağır çəki dərəcələrində kifayət qədər yetərsay olmadığından, onun gəlib, yenidən İrana qayıtmasını istəmədik. Radik İsayev də hazırda Rusiyadadır. O da yarışda çəki dərəcəsində rəqabət üçün yetərsay olmadığı üçün iştirak etməyəcək.

Digər legionerlərimizdən Həşim Məhəmmədov və Patimat Abakarova isə yarışda mübarizə aparacaq. Həşimdə pasport problemi vardı. Artıq həmin məsələ həll olunub”.

Qeyd edək ki, yarışda bu gün çəkiölçmə mərasimi keçiriləcək. Sabah və dekabrın 5-i yarışda kişi və oğlanlar arasında böyüklər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarış Sumqayıt Olimpiya Kompleksində keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.