Əfqanıstanda kütlənin linc edib öldürdüyü Fərxundəyə görə məhkəmə dörd kişini ölüm hökmünə məhkum edib. 27 yaşlı qadın Quranı yandırmaqda ittiham edilirdi, lakin sonradan onun bunu etmədiyi aydın olub. Gənc qadının döyülərək öldürülməsi ittihamı ilə ümumilikdə 49 nəfər məsuliyyətə cəlb olunub. Məhkəmə ölüm hökmünü 4 saatlıq dinləmə nəticəsində çıxarıb. Bundan başqa daha 8 nəfər 16 il müddətinə azadlıqdan məhrum edlib. 18 nəfərin təqsiri sübut olunmayıb. Fərxundanın kütlə tərəfindən öldürülməsi Kabulda böyük etiraz aksiyalarına səbəb olmuşdu. Bu iş üzrə cinayətin qarşısını ala və asayişi qoruya bilmədiyinə görə 19 polis təqsirləndirilirdi. Onlar barədə hökm bazar günü çıxarılacaq. Məhkəmə Əfqanıstan dövlət televiziyası ilə birbaşa yayınlanıb
Fərxundə əvvəlcə izdiham tərəfindən daşqalaq edilmiş, sonra isə onun cəsədi küçələr boyunca sürüklənmiş və yandırılmışdı.
Müstəntiqlər bildirirlər ki, insidentə əsas səbəb qadının bir molla ilə mübahisəsi olub. Bu molla məşhur Şəhdü-Şəmşir pirinə gələn qadınlara xırdavat satmaqla məşğul idi. Fərxundanın məhz buna görə də molla ilə mübahisə etdiyi və yalnız bundan sonra Quranı yandırmaqda şərləndiyi bildirilir.
Müttəhimlərdən bir çoxu bu yalanın təsiri altına düşdüklərini söyləyiblər. Əfqanıstanda qadın hüquqlarının vəziyyəti acınacaqlı olsa da, Fərxunda hadisəsi yüz minlərlə fəalı hərəkətə gətirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.