banner
banner

Dünya

Bayden Putinlə “uzun söhbət”ə ümid edir

Bayden Putinlə “uzun söhbət”ə ümid edir

 

ABŞ Prezidenti Co Bayden Ukrayna kontekstində heç kimin qırmızı xətlərinə hörmət etmədiyini bildirib.

Jurnalistlər ondan Moskvanın qırmızı xətlər hesab etdiyi bəyanatlara, xüsusən də NATO infrastrukturunun Rusiya sərhədlərinə daha da yaxınlaşmasına və Ukrayna ərazisinə zərbə sistemlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsinə münasibət bildirməsini istəyiblər.

“Mən heç bir qırmızı xətt tanımıram”, - deyə ABŞ lideri vurğulayıb.

 

O əlavə edib ki, Rusiya lideri Vladimir Putinlə “uzun söhbətə” ümid edir.

“Rusiyanın hərəkətlərindən çoxdan xəbərdarıq. Putinlə uzun söhbətimizin olacağını gözləyirəm”, - deyə Bayden Rusiya-Ukrayna sərhədindəki vəziyyətə toxunub. O, Rusiya lideri ilə təmasların mümkün vaxtı və formatını açıqlamayıb.

Mənbə: TASS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.