Vətən Müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan Fulya Öztürk xəstəxanaya yerləşdirilib.
Cia.az xəbər verir ki, bu barədə F.Öztürk Tvitterdə məlumat yayıb.
“Keçmiş olsun mesajı yazan, dəstəklərini əsirgəməyən hər kəsə təşəkkür edirəm. Bu mərhələdə hər kəsdən dua gözləyirəm”, - jurnalist yazıb.
Türkiyənin “Fox” kanalında “Fulya ile Ümid” proqramını təqdim edən jurnalist 3 dekabr 2021-ci il yayımlanan bölümdə iştirak etməyib.
Sosial şəbəkələrdə, “Niyə Fulya Öztürk yoxdur?, Fulya Öztürk ayrılıbmı?'' sualları gündəm olub. Bundan sonra aparıcının səhhəti bağlı narahatlıq keçirdiyi məlum olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.