banner
banner

Dünya

Polşa sərhədçiləri rus gəmisini saxladı

Polşa sərhədçiləri rus gəmisini saxladı

Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində Rusiyanın “Ruslana” adlanan yük gəmisini saxlayıblar.

 

Cia.az xəbər verir ki, bu barədə Polşanın “Sea Portal” saytı məlumat yayıb.

 

Məlumata görə, Sankt-Peterburqdakı nəqliyyat şirkətinə məxsus gəmi "11 düyün sürətlə Sobyeşevski adasındakı çimərlik istiqamətində hərəkət edirmiş.

Hadisə şənbə günü yerli vaxtla saat 04:00 radələrində baş verib. Ekipaj sərhəd xidmətlərinin zənglərinə cavab verməyib. Beləliklə, xilasedicilər və sərhədçilər gəmiyə gediblər.

 

Çimərlikdən bir kilometr aralıda yük gəmisi 180 dərəcə dönüş edib və sahilə gəlməkdən yayınıb.

"Klaypedadan üzən Rusiya gəmisi son anda Qdanskın Sobyeşevski adasında sahilə yaxınlaşmaqdan yayınıb", - portalın məlumatında deyilir.

Yükdaşıyan kapitanın və iki zabitin sərxoş olduğu iddia edilir. “Marine Traffic” portalının məlumatına görə, gəmi hazırda Qdansk limanındadır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.