Birləşmiş Milətlər Təşkilatının baş katibi onun yerinə gələcək namizəddən danışıb. Bu barədə BMT-nin mətbuat xidməti katibinin müavini Fərhan Haq xəbər verib. Xəbərdə bildirilir ki, BMT-nin rəsmi nümayəndəsi hazırkı baş katib Ban Ki-Mun onun yerinə bir qadın rəhbərin gəlməyini istəyir. "BMT-nin baş katibi postunu artıq bir qadın tutmalıdır. Çünki bunun vaxtı çatıb", - deyə B. Ki Mun bildirib. Ban Ki-Mun BMT-nin səkkizinci sədridir. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlayıb. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdi. Qeyd edək ki, BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis tərəfindən təyin olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.