Bir müddət əvvəl aparıcı Şəhriyar Əbilovla gizli evliliyi ilə gündəmə gələn aktrisa Oksana Rəsulova, nəhayət, ailə həyatı barədə danışıb.
Cia.az xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin "Sənətdən kənar" verilişində qonaq olan Oksana ərinin oğlunun həyatında böyük rol oynadığını bildirib.
O, Osmanın atasının etdiyi hər bir hərəkəti təkrarladığını deyib:
“Şəhriyar nə edirsə, Osman onu təkrarlayır. Ona görə deyirəm ki, məsuliyyət onun üzərinə düşür. Öz həyatını elə etməlisən ki, uşaq sənə baxıb ibrət götürsün. Evdə hər ikimizin sözü keçir. Evdə daha çox Şəhriyar güzəştə gedir. Şəhriyar su, mən isə alovam. Həmişə mən əsəbləşəndə Şəhriyar deyir ki, bəsdi, fikir vermə. İndi də elədir. Amma çalışıram ki, su olum. Təbii ki, Osmana görə su olmalıyıq. Xaraktercə Şəhriyar sakit insandı, mən özümdən tez çıxıram, səbrsizəm, tələsirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.