"Altın kelebek"i qazanan azərbaycanlı sənətçi: "Ağlıma gətirməyəcək yerlərə gəldim"
Xəbər verdiyimiz kimi ötən gün Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma mərasimində "Azərbaycanın ən parlayan ulduzu" nominasiyasına müğənni Nahidə Babaşlı layiq görülüb.
CIA.AZ bildirir ki, sənətçi bununla bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb: "Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərim və heç dayanmayan gözyaşlarımla başlayıram. Kiçik xəyallarımla çıxdığım bu yol heç ağlıma gətirməyəcəyim yerlərə gəldi. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.