İndoneziyada vulkan püskürməsində 27 nəfər ölüb - FOTOLAR
İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı 27-yə çatıb.
Cia.az “TASS”a istinadən xəbər verir ki, dekabrın 5-i baş verən püskürmə nəticəsində daha 20 nəfər itkin düşüb.
Ölkənin rəsmi qurumlarının verdiyi məlumata görə, təbii fəlakət səbəbindən 69 nəfər ciddi yaralar, təqribən 100 nəfər isə yüngül travmalar alıb.
Bununla yanaşı, təbii fəlakət ərazisindən 900-dən çox insan təxliyyə olunub. Vulkan püskürməsi iki bölgəni birləşdirən vacib strateji əhəmiyyətə malik körpünün zədələnməsinə gətirib çıxarıb. Həmçinin bir neçə bina da dağılıb.
Qeyd edək ki, Semeru vulkanı Yava adasında ən yüksək zirvədir və İndoneziya ərazisində 130-a yaxın aktiv olan vulkanın sırasına daxildir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.