banner
banner

Sosİal

Azərbaycanda biabırçılıq: - Şok iddia Məktəbdə şagirdin şalvarını soyundurub videoya çəkiblər

Azərbaycanda biabırçılıq:  - Şok iddia

Bakının 282 saylı orta məktəbində şagird sinif yoldaşlarına qarşı təhqiramiz hərəkətlər edib. Qız uşaqlarını söyməkdən başqa, o, sinifdə şalvarını çıxarıb. Bu azmış kimi həmin şagirdin anası da məktəbdə gələrək dava salıb, müəlimlərə qarşı təhqiramiz ifadələr işlədib.

Cia.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib ki, Bakı məktəblərində tərbiyə işi çox zəifdir:

“Bu hadisə nə birincidir, nə də sonuncu. Bir qədər bundan öncə başqa məktəbdə də oxşar hal yaşnmışdı. Mərci uduzduğuna görə şagirdin şalvarını çıxarıb videoya çəkmişdilər. 

Bakı Şəhər Təhsil İdarəsində bu sahəyə nəzarət edəcək sektor müdirləri, məsləhətçilər var. Hamısı vəzifəsindən bixəbər insanlardır. Kiminsə adamı, tanışı olduğuna görə təyin olunublar. Məktəb işindən səriştələri belə yoxdur. 

Son illərdə Təhsil Nazirliyinin bütün fəaliyyəti kadrlarının dəyişilməsindən ibarət olub. Məktəb direktorları, müavinləri işdən çıxarılıb, yerinə yeniləri gətirilib. Yenilər də tələblərə cavab vermir. 

Direktorluq bal toplamaqla olmur. Təcrübə göstərir ki, yeni təyin olunan əksər məktəb direktorlarının tərbiyəsi yerində deyil”.

E.Qafarov qeyd edib ki, bizim məktəblərdə şagidlərə intizam tənbehi verilmir:

“Hazırki vəziyyətdə şagirdlə bağlı hər hansı hüquqi məsuliyyət görmək mümkün deyil. Şagirdin vəzifələri, hüquqi məsuliyyəti yoxdur. Məktəblərdə şagirdlərə intizam tənbehi verilmir. Halbuki sovet təhsili sistemində bu qayda mövcud idi”.

Nəzrin Vahid 

 

Azərbaycanda biabırçılıq: Məktəbdə şagirdin şalvarını soyundurub videoya çəkiblər  - Şok iddia


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.