Erməni pornoulduz Kim Kardaşyan plagiatlıqda ittiham olunur.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, “Met Gala-2015” moda nümayişinə qatılan Kardaşyan tənqid hədəfinə çevirilib. Media onu müğənni Beyonsun geyiminin dizaynını oğurlamaqda ittiham edir.
Maraqlıdır ki, Kardaşyan qırmızı xalıya çıxdıqda tamaşaçılar onu ələ salaraq “Jennifer” deyə çağırıblar.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.