Ermənistan Müdafiə Nazirliyində kütləvi ixtisarlar başlayır
Ermənistanın Müdafiə Nazirliyində kütləvi işdən çıxarılmalar başlayıb.
Cia.az erməni mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan vəzifəsindən azad edilib.
Bildirilir ki, Baş nazir Nikol Paşinyan 2020-ci ilin iyun ayında Artur Sarkisyanı 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsinə görə mükafatlandırmışdı.
“Joxovurd” qəzeti yazır ki, Baş katibin müavini, Müdafiə Nazirliyi Katibliyinin rəisi Suren Poqosyan da vəzifəsindən azad edilib.
Qəzetin məlumatına görə, yeni müdafiə naziri Suren Papikyan bu vəzifəyə təyinatından sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq yanına çağırır və onların funksiyaları ilə şəxsən tanış olur.
Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən görüşlərdən sonra isə müəyyən təhlillər aparılıb və qərara alınıb ki, nazirlikdə formalaşmış “ənənələr”i aradan qaldırmaq üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarından başlamalıdır.
Məsələ ondadır ki, yeni nazirə izah ediblər ki, nazirliyin idarələrinin əməkdaşları öz işlərinə görə məsuliyyəti bir-birilərinin üzərilərinə atırlar və adətən buna görə də, iş irəli getmir. Bu cür halları istisna etmək üçün isə Müdafiə Nazirliyinin bəzi idarələrində yaxın vaxtlarda əməkdaşların ümumi ixtisarlarına başlanılacaq
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.