Türkiyənin tanınmış musiqiçisi Dəyər Dəniz evində ölü tapılıb. Sənətçi əlləri bağlanıb boğularaq qətlə yetirilib. Dəyərin qardaşı Orxan iki gündür bacısından xəbər ala bilmədiyindən dünən onun evinə yollanıb. Qapını açan olmadığını görən O.Dəniz çilingir çağırıb. İçəridə bacısının cəsədi ilə qarşılaşan Orxan dərhal polis çağırıb. İlkin ekspertizadan sonra məlum olub ki, D.Dənizin əlləri telefon şunuru ilə bağlanıb, özü isə kəmərlə boğularaq qətlə yetirilib. Musiqiçinin cəsədi tibbi ekspertizadan keçirildikdən sonra qətlin təfərrüatları bəlli olacaq. Qeyd edək ki, Dəyər 2012-ci ildə “Gözlə” adlı albom çıxarıb. O, “Bez bebek” serialının musiqisinin müəllifidir. Son zamanlar isə otellərin birində çalışırmış.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.