banner
banner

Sosİal

Bakıda avtobuslar yenilənir

Bakıda avtobuslar yenilənir

Bakıda adət etdiyimiz kimi sınıq-saxlaq avtobuslar tamam yığışdırılacaq. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin  verdiyi məlumata görə, istismara yararsız olan avtobusların müəyyən edilməsi üçün yoxlamalar keçirilir.
Reydlərdə avtobusların texniki baxımdan nasazlığı, daşınma zamanı sərnişinlərin həyatına təhlükə yarada biləcək amillərlə yanaşı, avtobusun içərisindəki vəziyyət yoxlanılır. Avtobusların içindəki oturacaqların təmizliyi, içəridə oturacaq sayları, tutacaqlar, maşının şüşələrindəki sınıq və çatların olub-olmaması yoxlanılır.
“Sərnişinnəqliyyatda xidməti yüksək səviyəyə qaldırmaq üçün bir çox işlər görülür. Bu sahədə əsas problemlərdən biri də, nasaz avtobuslarla sərnişinaşıma xidmətinin göstərilməsidir. Artıq sahibkarlara xüsusi xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problemə son qoyulacaq!”, - deyə Vüqar İbrahimli bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.