banner
banner

Sosİal

Vəli Ələsgərov sağ imiş - Rəsmi

Vəli Ələsgərov sağ imiş

Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.

Cia.az xəbər verir ki, yayıldığı gün rəsmi qurumlar tərəfindən təkzib edilməyən bu xəbərlə bağlı 13 gün sonra digər məsələ haqda yayılan açıqlamada bəhs edilib. 

Belə ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini qeyd edib.

Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.

Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.