Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.
Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.
Püşk Lionel Messi və Kriştiano Ronaldonun komandalarını üz-üzə qoyub. PSJ 1/4 finala vəsiqə uğrunda “Mançester Yunayted”lə mübarizə aparacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.