Qazaxıstanda bu gün Əsgərlər Günü və 9 May Qələbə Günü qeyd edilib. Mərasimə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qatılıb. Paytaxt Astanada təşkil edilən rəsmi mərasimdə Nazarbayev və müdafiə naziri hərbi birlikləri salamlayıb. Qazaxıstan himninin oxunmasından sonra kürsüyə gələn Nazarbayev II Dünya Müharibəsində həlak olanları dərin hörmətlə yad etdiklərini söyləyib. Qazax lider İkinci Dünya Müharibəsinə qatılan insanların yarısının evlərinə dönə bilmədiklərini xatırladıb. Qazaxıstana xidmət edən hər bir əsgərin çiynində vətənin müstəqilliyini və suverenliyini qorumaq kimi müqəddəs bir vəzifə olduğunu dilə gətirən Nazarbayev ölkəsinin sülh və dostluqdan yana siyasət yürütdüyünü bildirib.
Daha sonra hərbi paradın keçidi başlayıb. Paradda Qazaxıstanın qadın əsgərlərdən ibarət dəstəsi də iştirak edib. Qadın əsgərlərin keçidi mərasimə damğa vurub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.