banner
banner

Şou

"Keyxanım"ın keçmiş nişanlısından - AÇIQLAMA

"Keyxanım"ın keçmiş nişanlısından -

“Keyxanım” ləqəbi ilə tanınan əməkdar artist Ülviyyə Əliyeva ötən gün “Gündəlik” verilişində nişanlısından ayrıldığı barədə açıqlama verib. 
Cia.az-ın məlumatına görə, aktrisanın nişanlısı Ramiz Alışov lent.az-a açıqlama verərək, ayrılıq səbəblərindən danışıb:
“Əvvəlcə onu deyim ki, bəzi saytlara iradlarım var. Bizimlə bağlı dərc edilən yazılarda qeyd edilib ki, “Keyxanım nişanını qaytardı”.  Bu yazını oxuyanlar düşünəcək ki, görəsən oğlanın nə problemi olub ki, qız da nişanını qaytarıb. Elə deyil. Sadəcə, iki normal insan kimi oturub danışdıq və qərara aldıq ki, ayrılaq. Qərarı ikimiz verdik. Aramızda heç bir düşmənçilik yoxdur. Biz bu münasibətə 4 il sürən dostluqdan başlamışdıq. Elə münasibətimizi də dost kimi bitirdik. Hazırda münasibətlərimiz yaxşıdır. İşbirliyimiz var. Bildiyiniz kimi toy və xınayaxdı firmasının rəhbəriyəm və onunla da işləyirəm. Ülviyyə çox yaxşı insandır”. 
Qeyd edək ki, “Keyxanım” ayrılmaları ilə bağlı bu sözləri deyib: 
"Toy olmalıydı, amma olmayacaq. Bu haqda çox danışmaq istəmirəm. Çox yaxşı insandır, dost münasibətimiz qalıb. Keçmiş nişanlımla işbirliyimiz davam edəcək. Bir aparıcının ucbatından ara qarışdı. Verilişlərin birində lazımsız söhbət oldu. Başa düşdük ki, münasibət alınmır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.