banner
banner

Şou

Elza Seyidcahan Baş Prokurorluğa - şikayət edib

Elza Seyidcahan Baş Prokurorluğa -

Əməkdar artist Elza Seyidcahan “Solo” verilişinin qonağı olub. 
Cia.az-ın məlumatına görə, müğənni onun şeirlərini ələ salanlardan danışıb:
“Bu məni əsəbiləşdirmir. İnsanlara pozitivlik verirəm. Mənim şeirimi oxuyanlar ağlamırlar ki... Gülürlər, C vitaminləri artır, şəkər xəstəliyinə tutulmurlar. Şeirlərimdən ibarət kitab hazırlanır. Bu kitab Azərbaycan dili ilə yanaşı rus və ingilis dilində də tərcümə olunur. Bu kitabı çıxarmağa məcburam. Beləcə, adımdan yayılan saxta şeirlərin qarşısını alacam".
E.Seyidcahan onun adından sosial şəbəkədə yayılan şeirlərdən də danışıb:
“Bu yaxınlarda Roma Papasına və dollara aid şeir yayılıb. Guya mən yazmışam. Bunu isə bəzi saytlar məndən soruşmadan yazı ediblər. Onları məhkəməyə vermişəm. Baş Prokurorluğa şikayət etmişəm. Mənə qarşı bu addımı atanları bağışlamayacam. Təzminat alacam. O pulu isə imkanı olmayanlara xərcləyəcəm. Elə jurnalistlər və vəkillər var ki, 30 manatlıq telefon işlədir. İstədiyini almağa pulu yoxdur. Həmin insanlara telefon alacam”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.