Xəbər verdiyimiz kimi, dekabrın 15-i Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Sözügedən sammitin yekunu olaraq Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə bəyannamə qəbul ediblər.
Cia.az xəbər verir ki, sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusdakı vəziyyətlə bağlı, yəni daxili məsələlərinə aid olan 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndə qoşulmayıb.
Sammit zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bunu rəsmən bəyan edib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırır və Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.
Bununla da, Azərbaycan başqa ölkələrin daxili məsələlərinə müdaxilə edilməməsi prinsipinə önəm verdiyini bir daha xatırladıb.
Qeyd edək ki, bəyannamənin 11-ci bəndində Aİ-nın Belarusun Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırmasından təəssüf etdiyi vurğulanır.
“Daha əvvəlki bəyanatları təkrar edərək, Aİ Belarus rəhbərliyi tərəfindən miqrant və qaçqınların alətləşdirilməsini, ümumilikdə siyasi məqsədlər üçün miqrantların alətə çevrilməsi ilə bağlı bütün insidentləri pisləyir”, - deyə bəyannamənin 11-ci bəndində qeyd olunub.
Xatırladaq ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildə təsis edilib, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir.
Belarus bu ilin iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.