Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Moldovaya dəvət edilib. Bu dəfə o, korrupsiya ilə mübarizə sahəsində ekspert kimi dəvət edilib. Moldovanın baş naziri Kirill Qaburiçin sözlərinə görə, bu məsələ keçən çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə edilib. Müzakirədə Poroşenkonun məsləhətçisi olan Mixail Saakaşvili də olub. "Saakaşvili və onun komandasının islahatlar sahəsində yaxşı təcrübəsi var. Tezliklə onlar Kişinyova gələcəklər. Onlar Moldova hakimiyyətinə korrupsiya ilə mübarizə məsələlərində ekspert kimi kömək edəcəklər. Hakimiyyətin rüşvətxorluğu aradan qaldırmaq üçün bütün cəhdlərinə baxmayaraq, indiyədək bu sahədə təsirli addımlar atılmayıb", - deyə Qaburiç bildirib. O həmçinin qeyd edib ki, korrupsiya Modlovada bütün sahələrə nüfuz edib. Xatırladaq ki, həm Mixail Saakaşvili, həm də Kirill Qaburiçə qarşı öz vətənlərində cinayət işi açılıb. Saakaşvili Gürcüstanda axtarışa verilib. Keçmiş prezident vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham edilir. Bir müddət "Azercell" şirkətinin baş direktoru olan Kirill Qaburiç isə təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.