Ukrayna Prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı olub.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər. “Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanma üçün gələcək addımları əlaqələndirdik. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini yüksək qiymətləndirirəm”, - deyə Zelenski Tvitterdə yazıb.
Britaniya baş nazirinin ofisi bildirib ki, Zelenski və Conson telefon danışığı zamanı Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyətlə bağlı Rusiya Federasiyası ilə dialoqun zəruriliyi barədə razılığa gəliblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.