banner
banner

Dünya

Senatın İran layihəsinə təsdiq

Senatın İran layihəsinə təsdiq

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı Konqresə İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılıqların nəzərdən keçirməsi və ya rədd etməsi haqqı verən qanun layihəsini səsvermə ilə təsdiq edib.
Komitənin respublikaçı rəhbəri Bob Korkerin irəli sürdüyü layihə Senatın ümumi iclasında müzakirə və səsverməyə çıxarılıb. 100 nəfərlik Senatda 98 nəfər layihənin lehinə səs versə də, Arkanzas ştatının senator Tom Kottn leyhinə səs verib. Kaliforniya senator Barbara Bokser isə səsvermədə iştirak etməyib. 
Ümumi səsverməyə əsasən qəbul edilən layihənin gələn həftə Nümayəndələr Palatasına göndəriləcəyi gözlənilir. 
İranla razılığın təsdiq və ya rədd edilməsi üçün Konresə 30 gün vaxt veriləcək.
ABŞ prezidenti Barak Obama nüvə danışıqlarının getdiyi bir vaxtda Konqresin İranla bağlı qanun layihəsini müzakirə etməsini əvvəlcə qınamış, daha sonra isə hər iki partiyanın uzlaşması nəticəsində hazırlana biləcək yeni versiyasını təsdiq edə biləcəyini bildirmişdi. 

Xatırladaq ki, İran ilə BMTnin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın yaratdığı 5+1 qrupunun apardığı müzakirələr nəticəsində aprelin 2-də ümumi razılıq əldə edilmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.