banner
banner

Dünya

Moldovanın eks-prezidenti Dodon Baş Prokurorluğa çağırılıb

Moldovanın eks-prezidenti Dodon Baş Prokurorluğa çağırılıb

Moldovanın keçmiş prezidenti İqor Dodon ifadə vermək üçün Baş Prokurorluğa çağrılıb.

Cia.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sabiq Prezident dövlət vəsaitlərinin mənimsənilməsində iştirak etməkdə şübhəli bilindiyinə görə dekabrın 27-də ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri deyib ki, İqor Dodon “Energokom”la bağlı cinayət işi üzrə şübhəli bilinir.

İstintaq araşdırmalarına görə, Moldovanı elektrik enerjisi ilə təmin edən “Enerqokom”un rəhbərliyi 2008-ci ilin əvvəlində İqtisadiyyat Nazirliyi və Milli Enerji Tənzimləmə Agentliyi ilə müqavilə bağlayıb.
Prokurorluq hesab edir ki, bu əməkdaşlıq nəticəsində elektrik enerjisinin alış qiymətini əsassız olaraq artırmağa və mənimsəməyə yol açan sxem yaradılıb. Prokurorluq dövlətə dəyən ilkin ziyanı təxminən 12 milyon dollar dəyərində qiymətləndirir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.