Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasının heyətində məşqlərə qatılıb. Bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib.
O bildirib ki, hazırda yığmanın heyətində Göygöldə təlim-məşq toplanışındadır:
“Açığı, mən milli komandadan getməmişdim. Sadəcə keçmiş federasiya rəhbərliyi ilə problemim var idi. Rəhbərlik dəyişəndən sonra isə komandadayam və hazırda da yığma ilə təlim-məşq toplanışındayam”.
Qeyd edək ki, Elmar Qasımov Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov və baş katib Elmar Babanlı ilə olan problemlərə görə yığma komandanın məşqlərinə qatılmırdı.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb