banner
banner

Sosİal

Nazirlik əhaliyə müraciət etdi

Nazirlik əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların kəskin soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

 

Cia.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

"Hazırda ölkədə müşahidə olunan və bir neçə gün davam edəcək soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir. Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq:

 

- nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin! 

- elektrik şəbəkəsini həddindən artıq yükləməyin!

- işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin!

- qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın!

- cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin!

- elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

- mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın!

- mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

 

Bu qaydalara əməl etməklə özünüzü və yaxınlarınızı yanğınlardan qoruyacaqsınız!

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng vurun!"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.