İngiltərədə keçirilən parlament seçkisində uğura imza atan Şotland Milli Partiyasının namizədi 20 yaşlı ali məktəb tələbəsi Mhairi Blask parlamentə girməyə nail olub. Blask son 400 ildə ölkə parlamentinə girən ən cavan millət vəkili olub. Mhairi Blaskın bu uğuru Şotlandiyanın Peysli bölgəsindən seçilən millət vəkili Duqlas Aleksandrı yerindən edib. Belə ki, “Fəhlə Prtiyası”nın üzvü və əvvəlki hökumətdə xarici işlər nazirinin müavini olan 47 yaşlı Aleksandr ümumi səslərin 17 864-nü toplaya bilib. Blask isə həmin məntəqədə bütün səslərin 23 548-ni toplayaraq ərazi üzrə millət vəkili seçilib. Blaskın, “Glasgow” universitetinin dövlət idarəçiliyi kafedrasının son kursunda oxuduğu və imtahanları verərək məzun olmağa hazırlaşdığı bildirilir. İngiltərədə millət vəkilliyi yaşı 2006-cı ildə 21-dən 18-ə düşürülüb. Qeyd edək ki, 1667-ci ildə İngiltərədə Xristofer Monk 13 yaşında icmalar palatasının üzvü seçilmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.