20 yaşdan yuxarı insanların 80 faizində rast gəlinən osteoxondroz, eləcə də onurğa sütununun xəstəliyi sonsuzluğa gətirib çıxaran səbəblərdən biri imiş.
Oynaq-qığırdağın patologiyası olan osteoxondroz sinir sisteminin fəaliyyətinə təsir etməklə kişi və qadınlarda kiçik çanaq orqanlarının xəstəliklərinin inkişafına səbəb olur. Bununla yanaşı, osteoxondroz boyun nahiyəsində sinirlərin sıxılması və qan dövranının pozulması nəticəsində beyindaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu da öz növbəsində, qadın və kişilərdə hormonal disbalansın yaranmasına gətirib çıxarır.
Məlum olub ki, bel fəqərələrinin müəyyən hissələrində əmələ gələn xoşagəlməz dəyişikliklər nəticəsində reproduktiv sistemin funksiyası dəyişə bilər.
Əgər qadının döş səviyyəsində 9-cu fəqərədən 2 bel fəqərəsinə qədər sinirləri, kişinin isə 2-4-cü fəqərəsinə qədər olan hissədə sinirləri ağrıyırsa, mayalanma uzun müddət baş tutmaya bilər. Bu halda cinsi orqanların və endokrin sistemin hər hansı xəstəliyi olmaya da bilər. Buna görə də müayinədən sonra xəstəyə “məlum olmayan səbəbdən sonsuzluq” diaqnozu qoyulur.
Yadda saxlamaq lazımdır ki, cütlüklərin çoxu onurğa sistemindəki problemləri həll etdikdən sonra uzun müddət gözlənilən hamiləlik baş verir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.