Hülya Avşarın Türkiyədəki böhranla bağlı açıqlaması tənqid olundu
Türkiyəli müğənni, aktrisa Hülya Avşarın ölkədə yaşanan iqtisadi böhranla bağlı açıqlaması müzakirəyə səbəb olub.
Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, onun iqtisadi böhran dövründə “Lazım gəlsə, simit yeyərik və bu çətin günləri adladarıq” sözləri tənqid olunub.
Ünvanına yazılanlardan sonra Avşar daha bir açıqlama verib: “Sakitləşdinizsə, sıra məndədir. O qədər danışdığımın içindən hamılıqla birlikdə bu günləri adladacağıq hissəsini deyil, “Simit”dən yapışanlar, heç biriniz vecimə deyilsiniz və sizi saymıram.
Mənim simit yemə məsələmə gəlincə, yeyərəm, ya da yemərəm, amma bildiyim bir şey var, özüm qazandım, heç də asan olmadı. Hələ də qazanıram. Bunun hesabını kiməsə vermədim, sizə heç verməyəcəyəm. Demək, sizin kimi düşünənlər başçımız olsa, nə demokratiya qalar, nə də söz azadlığı... Dediyim budur ki, lazım gəlsə, simit yeyəcəyik, amma bu günləri bərabər adladacağıq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.