banner
banner

Şou

“Evdə tək” filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib

“Evdə tək” filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib

 

 

Məşhur “Evdə tək” filmində rol almış aktyor Devin Ratrey (Bazz Makkalister rolunu oynayıb) görüşdüyü qadına yumuruq zərbələri endirib və onu boğmağa cəhd göstərib. 

44 yaşlı aktyor saxlanılıb. O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.

 

Lakin Devin Ratreyin sevgilisi öz ifadəsində iddia edib ki, aktyor əvvəl onu itələyərək çarpayıya uzadıb daha sonra yumuruq zərbələri endirib və nəhayət boğmağa cəhd edib.

İddia olunur ki, aktyor fiziki zor tətbiq edərkən “Sən bax belə öləcəksən” kəlməsini də işlədib.

Son məlumata əsasən, aktyor 25 min dollar(43 min manat) girov pul müqabilində sərbəst buraxılıb.

Mənbə: Haber Global



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.