banner
banner

Dünya

Türkiyə seriallarının yayımı dayandırıldı

Türkiyə seriallarının yayımı dayandırıldı

 

Yeni ilə sayılı günlər qaldığı üçün Türkiyə kanalları bayram hazırlıqlarına başlayıb. 

Bir çox kanallar əyləncə formatlı proqramlarla tamaşaçılarına xoş və əyləncəli anlar yaşatmağı hədəfləyir. Bu səbəblə, həftə sonu serialların yayımı müvəqqəti dayandırılacaq.

ATV-də yayımlanan “Kardeşlerim”, TRT 1 ekranlarında tamaşaçı ilə görüşən “Gönül dağı”, “Teşkilat” serialı, “Kanal D”də nümayiş etdirilən “Yargı” serialı yayımlanmayacaq.

“Kanal D” ekranlarında pərəstişkarları ilə görüşəcək “Yargı” serialı 2 yanvar bazar günü axşam saatlarında yayımlanmayacaq. Serialda İlgız obrazına həyat verən Kaan Urgancıoğlu ilə baş rolu paylaşaraq Ceylin obrazına həyat verən Pınar Dəniz koronavirusa yoluxub. Karantin dövrünün başlaması ilə aktrisa serial çəkilişlərinə ara verməli olub. “Kanal D”dən verilən açıqlamada serialın 15-ci bölümünün 9 yanvar, bazar günü ekranlara gələcəyi açıqlanıb.

Mənbə: Onedio



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.