banner
banner

Dünya

Qırğızıstan-Tacikistan sərhədində İNSİDENT

Qırğızıstan-Tacikistan sərhədində İNSİDENT

Qırğızıstan-Tacikistan sərhədində insident olub. Cia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib.

İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün əlavə sərhəd patrulları yerləşdiriblər.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra orada mübahisəli hissələr qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində artıq 580 km-ə yaxın yol təsvir edilib. Bəzi ərazilərdə vaxtaşırı yerli sakinlər arasında mübahisələr yaranır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.