"Danışıqlar aparan ölkələr Tehrana qarşı daha sərt mövqe tutmalıdır".
cia.az "Jerusalem Post"a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet bildirib.
O, ölkəsinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dair "yaxşı" razılaşmanı dəstəkləməyə hazır olduğunu bildirib.
"Biz münaqişə axtarmırıq. Əvvəl-axırbu, yaxşı bir sövdələşmə ola bilər. Lakin hazırda mövcud dinamika buna imkan yaradırmı? Yox, çünki burada daha güclü mövqe olmalıdır. İranın mövqeyi çox zəidfir, lakin dünya birliyi özünü elə aparır ki, sanki Tehranın güclü kartları var", - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, dekabrın 27-də Vyanada İranla nüvə sazişinin bərpası üzrə danışıqların səkkizinci raundu başlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.