banner
banner

Dünya

İordaniya parlamentində əlbəyaxa dava - VİDEO

İordaniya parlamentində əlbəyaxa dava

İordaniya parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb.

Cia.az “Jordan TV”yə istinadən xəbər verir ki, dava ölkə konstitusiyasına düzəlişlərin müzakirəsi zamanı yaranıb.

Konstitusiyada maddələrin birində “bütün iordaniyalılar qanun qarşısında bərabərdirlər və onlar arasında diskriminasiya yoxdur” ifadəsi millət vəkillərinin bir neçəsini qane etməyib.

Belə güman edilirdi ki, maddənin yeni variantında “iordaniyalı kişi və qadınlar qanun qarşısında bərabərdirlər” ifadəsi qeyd olunacaq. Bu, millət vəkillərinin narazılığına səbəb olub və bunun ardınca dava başlayıb.

Parlamentin işində fasilədən sonra dava yenidən başlayıb. Bu səbəbdən də, parlamentin spikeri iclası növbəti günə təxirə salmalı olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.