Saakaşvilinin vəziyyəti kritikdir - Sevgilisi danışdı
Ukrayna Ali Radasının deputatı və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.
“Mixaillə görüşməyə icazə verilməyəndən iki gün sonra, nəhayət ki, bu gün xəstəxana rəhbərliyi Ukrayna konsulunu onun yanına buraxıb. Təəssüf ki, hazırda Mixailin vəziyyəti çox kritikdir. Ona heç bir tibbi yardım göstərilmir. O, bütün günü uzanır, nevroloji tutmalar keçirir. O, çox zəifdir və bu zarafat deyil”, - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib.
Cia.az xatırladır ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.