Ərəblərdən ingilis baş nazirə "orta barmaq" işarəsi - FOTO
Böyük Britaniyada keçirilən parlament seçkilərində qələbə qazanan Mühafizəkarlar partiyasının lideri, hazırkı baş nazirin David Kameronun keçirdiyi mətbuat komfransında ilginc hadisə baş verib. Kameron qələbəni şərh edərkən jurnalistlərdən arxada oturan iki ərəbin göstərdiyi barmaq işarəsi kameraların yaddaşına düşüb. Qeyd edək ki, Kameronun partiyası 650 yerlik icmalar palatasında 330 mandat qazanıb. Onun əsas rəqibi olan Leyboristlər (Əmək) partiyası isə 232 yer qazanıb. Baş nazir David Cameron bildirib ki, yaxın illərdə ölkədə Avropa Birliyinə üzvlüklə bağlı referendum keçiriləcək. O, mayın 8-də kralica ikinci Yelizabetlə görüşüb və bundan sonra başqa partiyalarla kolaisiyaya girmədən yeni hökumət yaratmaq fikrində olduğunu bildirib. Seçkidə son 350 il ərzində ən cavan deputat seçilib. Seçkidə 20 yaşlı namizəd Mairi Blekin qələbəsi sensasiyaya səbəb olub. Şotlandiyadakı millətçi partiyanı təmsil edən Mairi 1667-ci ildən bu yana Böyük Britaniyada ən gənc deputatdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.