Polis Moskvada İstintaq komitəsinin yüksək vəzifəli əməkdaşı Abdul Camalxanovu saxlayıb. Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə müstəntiqi Abdul Camalxanov gecə yarıya yaxın "Karaoke" restoranından çıxan zaman Sergey adlı şəxslə dalaşıb. Mübahisə vaxtı hüquq-mühafizə orqanlarının əməkdaşı Sergey adlı şəxsi tapançadan atəş açıb və hadisə yerindən "Leksuse GS 300" avtomobili ilə qaçaraq gizlənib. Aparılan istintaq tədbirləri nəticəsində cinayətkar həbs edilib. Camalxanov Arbat rayon polis bölməsinə aparılıb. İlkin dindirilmədə müstəntiq Sergeyi öz silahı ilə güllələmədiyini və ona travmatik tapançadan atəş açdığını bildirib. Bəzi məlumatlara görə, Abdul Camalxanov sahibkarlar arasında korrupsioner kimi məşhurdur. Bir sıra mətbu orqanlarıın məlumatına görə, o rüşvətxorluqla məşğuldur. Həmçinin Abdul Camalxanov Çeçenistan Respublikasının sabiq baş nazirinin müavininin oğludur. Hüquq-mühafizə orqanlarında işə başlayana qədər Camalxanov "qızıl Qafqaz gəncləri" sırasına daxil olub və daim paytaxtın məşhur obyektlərində əylənməklə məşğul olub. Onun tez-tez bahalı avtomobillərini dəyişdiyi və nüfuzlu gecə klublarına baş çəkdiyi qeyd olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.