İraqın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Əyn-əl-Əsəd hərbi bazası yaxınlığında partlayıcı maddə daşıyan iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu hərbi bazadan ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının qüvvələri istifadə edir.
Cia.az TASS-a istinadən xəbər verir ki, bir gün əvvəl Bağdad hava limanının yaxınlığında yerləşən “Viktoria” hərbi düşərgəsi yaxınlığında analoji hücum cəhdinin qarşısı alınıb. Əvvəllər bu düşərgədə koalisiya hərbçiləri məskunlaşmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.