banner
banner

Dünya

Nazarbayev Qərbi ittiham etdi

Nazarbayev Qərbi ittiham etdi

"Rusiya barəsində iqtisadi sanksiyalar anlaşılmazdır və bu barədə BMT-yə hər hansı səlahiyyət verilməyib".
Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
O, Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı bununla bağlı yaranan mövcud çətinlikləri müzakirə olunduğunu deyib: "İqtisadi böhran bizim ixrac bazarımıza, əsas məhsullarımızın qiymətinin düşməsinə ciddi təsir göstərib. Bu sanksiyalar heç kəsə aydın olmayan addımdır və bu BMT-də belə təsdiq edilməmişdir. Sanksiyalar bizə işləməyə mane olur".
Onun sözlərinə görə, Qazaxıstan həmişə Rusiya ilə dostluq münasibətində olmağa hazırdır. Biz xeyirxah qonşumuzla istənilən yaranmış çətinlikləri həll edə bilərik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.