Ötən ilin sentyabrında ailə quran Hollivud ulduzu Corc Kluni ilk dəfə vəkil Amal Kluni ilə evlənməsinin səbəblərindən danışıb. Aktyor Amalın görüşdüyü qadınlar arasında ən ağıllısı olduğunu vurğulayıb: “Amal mükəmməl insandır. O, qayğıkeş, qarşılaşdığım qadınlardan ən ağıllısıdır. Onun çox gözəl yumor hissi var. Bütün bunlar Amalla evlənməyimin səbəblərindən bir neçəsidir”. A.Klunini hüquqşünas olduğuna görə də çox bəyəndiyini deyən Corc onu hər dəfə vəkil geyimində görəndə qürurlandığını bildirib: “O, həmin geyimdə olduqca cazibədardır. Bizim ilk görüşümüzdən ümumiyyətlə Amalın çox gözəl geyim zövqü olduğunu gördüm. Təəccüblənirəm ki, o, eyni vaxtda 11 iş görə-görə buna necə vaxt ayıra bilir? Onun zövqünü izləmək çox xoşdur”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.