Türkiyəli müğənni İşın Karaca Bakıya gəlib. İfaçı mayın 9-dbu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr ediləcək konsertdə oxuyacaq.
Bakıyla bağlı təəssüratlarını bölüşən sənətçi ikinci dəfə paytaxtımızın qonağı olduğunu vurğulayıb: "Bu ikinci səfərimdir. Bakını çox sevirəm. Axşam gözəl ifaçınız Röya ilə bir səhnəni paylaşacam. Maraqlı olacaq. Hər kəsi konsertdə gözləyirəm".
Tədbir Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı yeni parkda baş tutacaq.
"KEvents group"un təşkil etdiyi konsert saat 21:00-da başlayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.