banner
banner

Sosİal

Dana və quzu əti də BAHALAŞDI

Dana və quzu əti də BAHALAŞDI

Bölgələrdə, eləcə də paytaxt Bakıda ət kəsimi məntəqələrində dana və quzu ətinin qiyməti bahalaşıb.

 

Cia.az xəbər verir ki, əvvəl kiloqramı 11 manata satılan dana əti indi 13-14 manata, 14 manata satılan quzu əti isə alıcılara 15-16 manata təklif edilir. Ət kəsimi ilə məşğul olan şəxslər qiymət artımını təsdiqləyib.

 

Onlar bunun səbəbini son günlər iribuynuzlu diri heyvan tapmağın çətinliyilə əlaqələndiriblər.

 

Bundan əlavə, satıcılar əvvəl dana ətinin topdansatış qiymətinin 9,5-10 manat olunduğunu, hazırda isə 11,5 manata qaldırıldığı üçün pərakəndə qiymətlərə azı 2 manat əlavə etməyə məcbur olduqlarını bildiriblər.

 

Bəzi satıcılar qış aylarında yaşanan quzu qıtlığı və bölgələrdən quzunu indi baha qiymətə aldıqlarını əsas gətiriblər.

 

Fermerlər də qiymətin yerində artdığını təsdiq edib. Onların sözlərinə görə, son günlər yaşanan qiymət dəyişiklikləri, xüsusilə ot və yemin baha olması səbəbindən quzuların qiymətləri qalxıb. Yaxın aylarda isə quzu ətinin ucuzlaşacağının gözlənilmədiyi söylənilir.

 

Qeyd edək ki, paytaxt Bakının bəzi ət kəsimi məntəqələrində quzu ətinin qiyməti hətta 17 manata təklif olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.