Cia.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, 15 yanvar, şənbə günü “Kut Abdullah” bölgəsində etiraz mitinqi keçirən narazı fəhlələr öz haqlarını tələb etmək üçün etiraz etdikdə, səlahiyyətli orqanlar onlarının tələblərini yerinə yetirmək əvəzinə, etirazçıları həbs etmək üçün polisə xəbər verib:
Fəhlələr bildirib ki, hökumət rəsmilərinin təbliğat şüarlarının əksinə olaraq, fəhlələrin süfrələri günü-gündən kiçilir və onların bir çoxu yoxsulluq həddinin altında yaşayır, ağır vəziyyətdən çıxmaq üçün bir neçə növbə işləmək, o cümlədən zibil toplamaq məcburiyyətində qalırlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.