2022-ci il yanvarın 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 303,9 min nəfər olub.
Cia.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 988,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu isə 2020-ci illə müqayisədə 2,3 faiz çoxdur.
2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 673,4 min nəfər çalışıb.
2021-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq iş saatının miqdarı 147,7 saat təşkil edib. Qeyd edək ki, həmin göstərici 2020-ci ilin müvafiq dövründə 139 saatı təşkil edib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.