Avropa Məhkəməsi şikayət müddətini 4 aya endirir - Yeni qayda gələn aydan qüvvəyə minir
Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət üçün nəzərdə tutulan 6 aylıq müddət 4 aya endirilir.
Cia.az xəbər verir ki, Avropa İnsan Haqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 Saylı Protokol, daxili müdafiə vasitələrinin tükəndirilməsi çərçivəsində qəbul edilən yekun milli məhkəmə qərarlarından sonra AİHM-ə şikayət edilməsi üçün müəyyən edilən müddəti 6 aydan 4 aya qədər azaldır. Yeni 4 aylıq müddət qaydası fevral ayının 1-dən qüvvəyə minəcək.
Yeni qayda yalnız yekun milli məhkəmə qərarlarının 1 fevral 2022-ci il tarixində və ya ondan sonrakı tarixlərdə verilməsi hallarına şamil olunur.
Avropa Insan Haqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 Saylı Protokol, 1 avqust 2021-ci il tarixdən etibarən qüvvəyə minib. Bu Protokol, Konvensiyanın Preambulasının köməkçi prinsipi və mülahizə sərbəstliyi doktirinası ilə əlaqəli müddəalarına dəyişiklikləri nəzərdə tutur. Bundan əlavə, ölkədaxili yekun məhkəmə qərarı qəbul edildikdən sonra Avropa Məhkəməsinə ərizə vermək üçün nəzərdə tutulan altı aylıq müddət dörd aya endirilirdi.
15 Saylı Protokol həmçinin, Avropa Konvensiyasına aşağıdakı dəyişikliklərin edilməsini nəzərdə tuturdu:
– “əhəmiyyətli zərərin olmaması” qəbuledilənlik meyarı ilə bağlı, ikinci şərt, yəni ölkədaxili məhkəmə tərəfindən lazımi qaydada baxılmamış bir işin rədd edilməməsi şərti (35.3b) – dəyişdirilib və bu müddəa silinib;
– bundan sonra Tərəflər Məhkəmənin hansısa palatasının işdən Böyük Palatanın xeyrinə imtina etməsinə etiraz edə bilməyəcəklər;
– məhkəmə hakimliyinə namizədlərin yaşı, üç namizədin siyahısının Parlament Assambleyası tərəfindən tələb edildiyi tarixdə, 65 yaşdan aşağı olmalıdır;
15 Saylı Protokol 2013-cü ildə qəbul edilib və Avropa Şurasının bütün üzv dövlətləri artıq protokolu ratifikasiya ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.