banner
banner

Gündəm

Heydər Əliyev Vaşinqtonda anıldı- FOTOLAR

Heydər Əliyev Vaşinqtonda anıldı-

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilib.

Tədbir iştirakçıları qarşısında çıxış etmiş səfir Elin Süleymanov xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib və bu mənada onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb. Bu barədə Trend xəbər yayır.

O, Azərbaycan xalqının hər zaman Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini deyib və onun əziz xatirəsinin Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını ifadə edib. Səfir Süleymanov ümummilli liderin aramızda olmadığı illər ərzində onun ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın hərtərəfli tərəqqiyə şahid olduğu və Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq, mövqelərini möhkəmləndirdiyini qeyd edib. O, ABŞ-ın Azərbaycandakı Səfirliyində çalışdığı illərdə bu dahi şəxsiyyətlə təmasda olduğu anları və onunla bağlı xatirələrini bölüşmüşdür.

Daha sonra ABŞ-da yaşayan Azərbaycan icmasının üzvü Həbib Azərsina da ümummilli lider Heydər Əliyev barədə dəyərli xatirələri haqqında danışmışdır. O, 1990-cu illərinin əvvəllərində Heydər Əliyevin bir sıra ABŞ dövlət rəsmiləri, o cümlədən sabiq Prezidentlər Bil Klinton və Con Buş ilə görüş və müzakirələrini tərcümə etdiyini xatırlamışdır. H.Azərsina həmin görüşlər zamanı Heydər Əliyevin Azərbaycanı ən yüksək səviyyədə təmsil etdiyini söyləyib və ali post sahibləri olan həmsöhbətləri ilə müzakirələri bərabərhüquqlu tərəfdaş kimi apardığını vurğulamışdır. O, Azərbaycanın taleyüklü əhəmiyyət daşıyan “Əsrin Müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” kəməri və digər mühüm layihələrin birmənalı şəkildə Heydər Əliyevin nümayiş etdirdiyi möhkəm iradə və uzaqgörən siyasət nəticəsində mümkün olduğunu göstərib. H.Azərsina eləcə də müasir Azərbaycanın müstəqil bir dövlət kimi inkişaf edib, çiçəklənməsinin arxasında Heydər Əliyev dühasının dayandığını ifadə dib.

Tədbir çərçivəsində həmçinin ümummilli lider Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərdən çəkilmiş fotoşəkillərin sərgisi təşkil edilib ibvə onun keçdiyi həyat yoluna dair film nümayiş olunub.













Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.