Türkiyəli müğənni Ebru Yaşar Bakıya gəlib. Sənətçi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr edilən konsertdə oxuyub. Xətai rayonu ərazisində yerləşən parklardan birində çıxış edən E.Yaşar onu izləməyə gələnlərə təşəkkür edib: "Türkiyədən sizə salamlar gətirmişəm. Bayramla bağlı tədbirdə məni də görmək istəyən və bura dəvət edən dövlətinizə təşəkkürlər. Sizlərlə olmaq çox gözəldir. Hər dəfə Bakıya gələndə buranı tanımıram. Çünki daha da gözəlləşir. Biz iki dövlət, bir millətik. Bura tez-tez gələ bilmirəm. Hərdən özəl dəvətlərə qatılıram. Çox sevinirəm ki, şəhəriniz hər il daha da gözəlləşir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.