Makedoniyanın şimalındakı Kumanovo bölgəsində silahlı dəstənin məhv edilməsi ilə bağlı xüsusi əməliyyat zamanı aparılmış danışıqlar nəticəsində 30 silahlı polisə təslim olub. Polisə müqavimət göstərməkdə davam edən silahlı şəxslərin sayı barədə məlumat verilmir. Bəzi məlumatlara görə, dəstənin 40-80 üzvü var. Atışma zamanı 3 polis həlak olub, daha 20-dək polis əməkdaşı yaralanıb.
Məlumata görə, silahlı qrup ölkə ərazisində bir neçə terror aktı törətməyi planlaşdırıb: “Silahlı qrup Makedoniyaya qonşu ölkələrdən birinin ərazisindən keçib. Buradakı tərəfdarlarının köməyi ilə rayon ərazisində gizli yerləşdirilən silahlı dəstə ölkədə bir neçə terror aktı törətməyi planlaşdırıb”, deyə DİN rəhbərinin köməkçisi İvo Kotevski bildirib. “Müvafiq qurumlar silahlıların yerini müəyyənləşdirib. Onlar Kumanovoda bir neçə evdə yerləşdirilib. Dəstə döyüş təlimi keçmiş və yaxşı silahlandırılmış şəxslərdən ibarətdir”, deyə o bildirib.
DİN rəhbərinin köməkçisi əməliyyatın keçirilməsi üçün müvafiq qərargahın yaradıldığını bildirib.
Qeyri rəsmi məlumatlara əsasən, silahlı dəstə Makedoniyaya Kosovo ərazisindən hücuma keçib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.